Bakı. 11 dekabr. REPORT.AZ/ Ukrayna Ali Radası yeni hökumətin fəaliyyət proqramını təsdiq edib. "Report" xəbər verir ki, minimal 226 səs əvəzinə, müvafiq qətnamənin lehinə 269 deputat səs verib.
Əksər fraksiyaların təklifi ilə proqrama koalisiya razılaşmasının Nazirlər Kabinetinin fəaliyyət proqramının ayrılmaz hissəsinin olmasına dair bənd daxil edilib.
"Proqramda hansı dəyişikliklərin hansı müddətlərdə gözlənilidiyinə dair konkret məsələlər yer alıb", - Ukraynanın baş naziri Arseniy Yatsenyuk bildirib.
O deyib ki, Ukraynanın son məqsədi Avropa İttifaqına üzv olmaqdır, bu yolda onu ciddi sınaqlar gözləyir: "Bu bizim proqramla nəzərdə tutulub".
Qeyd edək ki, konstitusiyaya əsasən, hökumət proqramının təsdiq olunmasından sonra bir il ərzində Ali Rada onun istefasına təşəbbüs göstərə bilməz.