Ukrayna Qərbin yeni silahlarını döyüş bölgəsində sınaqdan keçirməyə hazırdır

Ukrayna Qərbin yeni silahlarını döyüş bölgəsində sınaqdan keçirməyə hazırdır Ukraynanın müdafiə naziri Oleksiy Reznikov bildirib ki, ölkəsi hərbi əməliyyatların getdiyi ərazilərdə Qərb tərəfdaşlarının yeni silahlarını sınaqdan keçirməyə hazırdır.
Digər ölkələr
20 iyul 2022 02:15
Ukrayna Qərbin yeni silahlarını döyüş bölgəsində sınaqdan keçirməyə hazırdır
Oleksiy Reznikov

Ukraynanın müdafiə naziri Oleksiy Reznikov bildirib ki, ölkəsi hərbi əməliyyatların getdiyi ərazilərdə Qərb tərəfdaşlarının yeni silahlarını sınaqdan keçirməyə hazırdır.

“Report” xəbər verir ki, o, bu barədə Amerikanın “Atlantic Council” analitik mərkəzində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Kiyev düşmənlə döyüşlərdə müasir sistemlərdən istifadə etməkdə maraqlıdır və silah istehsalçılarını Ukraynada yeni məhsullarını sınaqdan keçirməyə dəvət edir.

Nazir bildirib ki, bu, Ukraynanın ABŞ, Fransa, Almaniya, Polşa və ya Türkiyədəki tərəfdaşları üçün silahlarını sınaqdan keçirmək üçün yaxşı şansdır.

Son xəbərlər

Orphus sistemi