Yuxarı
    Bağlamaq

    ​Ukrayna prezidenti: "Rusiyanın şərtləri qəbuledilməzdir"

    Tərəflər 48 saatlıq atəşkəsə, ağır texnika və silahların çıxarılmasına razılıq veriblər

    12 fevral. REPORT.AZ/ Minskdə "Normand dördlüyü" formatında keçirilən görüşdən sonra Ukrayna prezidenti Pyotr Poroşenko Rusiyanın şərtlərinin "qəbuledilməz" olduğunu bildirib.

    "Report"un xəbərinə görə, bu barədə "RİA Novosti" məlumat yayıb.

    "Təəssüflər olsun ki, hələ yaxşı xəbər yoxdur. İndi heç bir yenilik mövcud deyil. Ancaq ümid var", - Poroşenko əlavə edib.

    Qeyd edək ki, Belarus paytaxtında Almaniya kansleri, Ukrayna, Fransa və Rusiya prezidentlərinin iştirakı ilə keçirilən görüş 14 saata yaxın sürüb.

    Məlumata görə, tərəflər 10-dan artıq maddəsi olan yekun sənədin 80%-ni razılaşdırıblar. Sammit iştirakçıları onu imzalayandan sonra sənəd təmas qrupuna göndəriləcək.

    "unn.ua"nın məlumatında isə bildirilib ki, tərəflər 48 saatlıq atəşkəsə, ağır texnika və silahların çıxarılması, eləcə də silahsızlaşdırılmış zonanın yaradılmasına razılıq veriblər. 

    Xəbərdə qeyd olunub ki, sənəd bu gün imzalanacaq, qoşunun çəkilməsi isə fevralın 14-dən başlanılacaq. Bundan başqa, sənədin imzalanacağı səviyyə də hələ ki, məlum deyil.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi