Ukrayna prezidenti orduda ciddi kadr dəyişikliyi edib

Ukrayna prezidenti orduda ciddi kadr dəyişikliyi edib Ukrayna prezidenti Vladimir Zelenski Baş Qərargah rəisi Serqey Korniçuku və Silahlı Qüvvələrin baş komandanı Vladimir Kravçenkonu vəzifəsindən uzaqlaşdırıb.
Digər ölkələr
29 İyul , 2021 00:11
Ukrayna prezidenti orduda ciddi kadr dəyişikliyi edib

Ukrayna prezidenti Vladimir Zelenski Baş Qərargah rəisi Serqey Korniyçuku və Donbasda Birləşmiş Qüvvələr Əməliyyatının (BQƏ) komandanı Vladimir Kravçenkonu vəzifəsindən uzaqlaşdırıb.

“Report” xəbər verir ki, bu barədə ölkə rəhbəri müvafiq sərəncamlar imzalayıb.

Ukrayna liderinin digər sərəncamları ilə Baş Qərargah rəisi vəzifəsinə Serqey Şaptal, Donbasda Birləşmiş Qüvvələr Əməliyyatının (BQƏ) komandanı vəzifəsinə isə Aleksandr Pavlyuk təyin edilib.

Son xəbərlər

Orphus sistemi