Ukrayna Prezidenti Ofisinin rəhbərinin müşaviri Mixail Podolyak Qərb ölkələrinə çağırış edib.
“Report” xəbər verir ki, o, bu barədə tviter səhifəsində yazıb.
“Rusiyanın apardığı bu müharibənin məntiqi mülki infrastruktura, böyük şəhərlərə və mülki əhaliyə endirilən raket və hava zərbələrinin artırılmasıdır. Qərb tərəfdaşlarının müharibəni bitirmək üçün məsuliyyəti öz üzərinə götürməsinin vaxtıdır”, - M.Podolyak bildirib.