Bakı. 17 noyabr. REPORT.AZ/ Ukrayna prezidenti bəyan edib ki, ölkəsi irimiqyaslı müharibə ssenarisinə hazırdır.
"Report" xəbər verir ki, bu barədə Pyotr Poroşenko Almaniyanın "Bild" qəzetinə müsahibəsində bildirib.
Nəşr müsahibənin kiçik mətnini internet səhifəsinə yerləşdirib.
"Biz irimiqyaslı müharibə ssenarisinə hazırlaşmışıq. Ukrayna Ordusu beş ay əvvəlkinə nisbətdə, xeyli yaxşı vəziyyətdədir", - deyə Poroşenko bildirib.
Bununla yanaşı, Ukrayna prezidenti əlavə edib ki, "biz sülhdən başqa bir şey istəmirik, lakin təəssüf ki, hələlik, ən pis ssenari haqqında düşünmək məcburiyyətindəyik".