Ukrayna prezidenti Avropa İttifaqı və NATO-ya daxil olmaq üzrə referendum keçiriləcəyini elan edib

Ukrayna prezidenti Avropa İttifaqı və NATO-ya daxil olmaq üzrə referendum keçiriləcəyini elan edib Petro Poroşenko: "Bu gün pis günlərin artıq arxada qaldığını düşünməyə və buna inanmağa hər cür əsas var"
Digər ölkələr
1 Dekabr , 2017 17:11
Ukrayna prezidenti Avropa İttifaqı və NATO-ya daxil olmaq üzrə referendum keçiriləcəyini elan edib

Bakı. 1 dekabr. REPORT.AZ/ Ukraynada Avropa İttifaqı və NATO-ya daxil olmaq üzrə referendum yaxın gələcəkdə keçiriləcək.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Ukrayna prezidenti Petro Poroşenko bildirib.

"Bu gün pis günlərin artıq arxada qaldığını düşünməyə və buna inanmağa hər cür əsas var. Avroatlantik inteqrasiya kursuna sadiqik və heç şübhə etməyin ki, yaxın gələcəkdə NATO-ya daxil olmaq və Avropa Birliyi üzvü olmaqla bağlı referendumlar keçiriləcək", - P.Poroşenko vurğulayıb.

Qeyd edək ki, daha əvvəl P.Poroşenko Ukrayna kəşfiyyatını NATO standartları səviyyəsinə gətirməklə bağlı tapşırıq verib.

Son xəbərlər

Orphus sistemi