“Bugünkü Rusiya rejimi Qərbin yanlış siyasətinin nəticəsidir”.
“Report” xəbər verir ki, bunu Ukrayna Prezident Ofisinin müşaviri Mixaylo Podolyak tviterdə yazıb.
O qeyd edib ki, Rusiya rejimi Qərbin bu dövlətlə bağlı 20 illik səhv siyasətinin məhsuludur: “Bu gün dünya birləşməli və işğalçı ölkəni məğlub etməlidir. Tarix nəticə çıxarılmamış dərsləri təkrarlanmağa meyllidir. Qərb yumruq kimi birləşməli və Rusiyanı məğlub etməlidir. Hərbi cinayətkarlar cəzalandırılmalı, beynəlxalq hüququn tələbləri bərpa edilməlidir”.