Ukrayna paytaxtında 30-dan çox səfirlik fəaliyyətini bərpa edib

Ukrayna paytaxtında 30-dan çox səfirlik fəaliyyətini bərpa edib Macarıstanın Ukraynadakı səfirliyi öz işini bərpa edib.
Digər ölkələr
4 May , 2022 03:44
Ukrayna paytaxtında 30-dan çox səfirlik fəaliyyətini bərpa edib

Ukraynanın paytaxtı Kiyevdə 30-dan çox səfirlik fəaliyyətini bərpa edib.

"Report" "RBC-Ukraina"ya istinadən xəbər verir ki, bunu xarici dövlətlərin diplomatik nümayəndəlikləri və konsulluq idarələrinin mühafizəsi üzrə 22-ci briqadanın komandiri Vitali Stetsik deyib.

Bu günə olan məlumata görə, 32 diplomatik nümayəndəlik Kiyevə qayıdıb. Hazırda Ukrayna hakimiyyəti onların müdafiəsini yaxşılaşdırmaq üçün tədbirlər görür.

Stetsik, həmçinin əlavə edib ki, hərbi təcavüzün başlaması ilə Milli Qvardiya obyektlərin mühafizəsi və müdafiəsi sxeminə yenidən baxıb, şəxsi heyət uzaqmənzilli, həmçinin tank əleyhinə silahlarla gücləndirilib.

Qeyd edək ki, Türkiyə, Macarıstan, Danimarka, Cənubi Koreya, Niderland, Böyük Britaniya, Avstriya, İspaniya, İtaliya, Litva, Sloveniya və digər ölkələrin səfirliklərinin fəaliyyətlərini bərpa etdiyini açıqlayıb.

Son xəbərlər

Orphus sistemi