Bakı. 27 oktyabr. REPORT.AZ/ Ali Radaya seçkilərdə Ukraynanın baş naziri Arseni Yatsenyukun rəhbərlik etdiyi "Xalq cəbhəsi" partiyası səslərin sayına görə prezidentin "Pyotr Poroşenkonun bloku"na çatıb. "Report" UNİAN-a istinadən xəbər verir ki, Ukraynanın Mərkəsi Seçki Komissiyasının (MSK) məlumatına əsasən, Bakı vaxtı ilə saat 09:00-da Ali Radaya növbədənkənar seçkilərdə 22,63% bülletenlərin hesablanmasından sonra Poroşenkonun bloku səslərin 21,62%-ni, "Xalq cəbhəsi" isə 21,65%-ni toplayıb.
Beş faizlik baryeri daha dörd partiya aşıb. Bunlar Oleq Lyaşkonun "Radikal" partiyası (7,79%), Yuliya Timoşenkonun "Batkıvşina" partiyası (5,98%), Lvov şəhərinin meri Andrey Sadovıyın "Samopomoş" və "Regionlar partiyası"nın keçmiş nümayəndələrini birləşdirən "Müxalifət bloku"dur (9,52%).
"Azadlıq" radikal partiyası, Ukraynanın Kommunist partiyası, Aqrar bilrik və keçmiş baş nazir Sergey Tiqipkonun "Güclü Ukrayna" partiyası parlamentə daxil ola bilməyiblər.
Xatırladaq ki, Ukraynada növbədənkənar parlament seçkiləri oktyabr ayının 26-da keçirilib.