Bakı. 14 fevral. REPORT.AZ/ Ötən sutka ərzində antiterror əməliyyatları (ATƏ) zonasında 7 Ukrayna hərbçisi ölüb, daha 23 nəfəri yaralanıb.
"Report" xəbər verir ki, bu barədə şənbə günü keçirdiyi brifinqdə ATƏ-nin mətbuat katibi Andrey Lısenko məlumat verib.
"Son sutka ərzində gedən hərbi əməliyyatlar nəticəsində 7 hərbçimizi itirmişik, daha 23 nəfər isə yaralanıb ", - deyə Lısenko qeyd edib.
Xatırladaq ki, gecə ərzində separatçılar ATƏ qüvvələrinin Donbassdakı mövqelərinə 34 zərbə endiriblər.