​Ukrayna Ordusu sutka ərzində 4 əsgərini itirib, 32-si yaralanıb

​Ukrayna Ordusu sutka ərzində 4 əsgərini itirib, 32-si yaralanıb Bu barədə brifinqdə ATƏ-nin mətbuat katibi Andrey Lısenko məlumat verib
Digər ölkələr
18 Yanvar , 2015 21:48
​Ukrayna Ordusu sutka ərzində 4 əsgərini itirib, 32-si yaralanıb

Bakı. 18 yanvar. REPORT.AZ/ Ukraynanın Donetsk və Luqansk vilayətlərində antiterror əməliyyatlarının (ATƏ) aparıldığı zonada ötən sutka ərzində 4 Ukrayna hərbçisi ölüb, 32-si yaralanıb.

“Report” xəbər verir ki, bu barədə brifinqdə ATƏ-nin mətbuat katibi Andrey Lısenko məlumat verib.

"Son sutka ərzində dörd Ukrayna əsgərini itirmişik və 32-si yaralanıb", - deyə Lısenko qeyd edib.

Bununla yanaşı, Ukrayna Baş Qərargahının məlumatına görə, ötən sutka ərzində Donetsk hava limanı ərazisində gedən döyüşlərdə üç hərbçi ölüb, 31 nəfər yaralanıb.

Xatırladaq ki, bir gün əvvəl Donbassda üç Ukrayna hərbçisi ölüb, daha 18-i isə yaralanıb.

Son xəbərlər

Orphus sistemi