Yuxarı

​Ukrayna ordusu Donbassda hərbi əməliyyatlar zamanı 3 hərbçisini itirib, 6-sı yaralanıb

Ötən sutka ərzində münaqişə zonasında vəziyyət gərginləşib

Bakı. 24 aprel. REPORT.AZ/ Ukrayna ordusu Donbassda aparılan hərbi əməliyyatlar zamanı 3 hərbçisini itirib, 6 nəfər yaralanıb.

"Report" xəbər verir ki, bu barədə Ukraynanın Prezident Administrasiyasının sözçüsü Aleksandr Motuzyanik məlumat verib.

"Ötən sutka ərzində gedən hərbi əməliyyatlar nəticəsində biz üç döyüşçümüzü itirmişik, daha altı nəfər yaralanıb", - deyə o bazar günü Kiyevdə keçirilən brifinqdə bildirib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi