Ukrayna Milli Polisi ancaq Yuliya Timoşenko və Vladimir Zelenskini qoruyacaq

Ukrayna Milli Polisi ancaq Yuliya Timoşenko və Vladimir Zelenskini qoruyacaq Ukraynanın daxili işlər naziri Arsen Avakov bildirib ki, Milli Polis prezidentliyə namizəd Yuliya Timoşenko və Vladimir Zelenski istisna olmaqla bütün namizədlərin mühafizəsini dayandırıb. Report xəbər verir ki, bu barədə Ukranews agentliyi məlumat yayıb.
Digər ölkələr
2 Aprel , 2019 06:21
Ukrayna Milli Polisi ancaq Yuliya Timoşenko və Vladimir Zelenskini qoruyacaq

Ukraynanın daxili işlər naziri Arsen Avakov bildirib ki, Milli Polis prezidentliyə namizəd Yuliya Timoşenko və Vladimir Zelenski istisna olmaqla bütün namizədlərin mühafizəsini dayandırıb. "Report" xəbər verir ki, bu barədə "Ukranews" agentliyi məlumat yayıb.

Nazirin sözlərinə görə, dövlət mühafizəsi səslərin hesablanmasının sonuna qədər təkcə Vladimir Zelenski ilə qalacaq. O, bu qərarın səbəblərini açıqlamayıb.

Qeyd edək ki, Ukraynada keçirilmiş prezident seçkilərində protokolların 95 faizi hesablanıb. Səsvermənin nəticələrinə əsasən prezidentliyə namizəd Vladimir Zelenski liderliyini qoruyub saxlayıb.

Son xəbərlər

Orphus sistemi