Yuxarı

​Ukrayna Millətlər Assambleyası prezidentdən ölkədəki seçki sistemini dəyişməyi tələb edib

Ölkədəki etno-milli mədəni siyasətin fəallaşması üçün Ukrayna prezidentinə elektron petisiya ünvanlanıb

Bakı. 15 mart. REPORT.AZ/ Ukrayna Ali Radasının İnsan hüquqları, milli azlıqlar və beynəlxalq münasibətlər Komitəsində ATƏT-in təşkilatçılığı ilə, digər etnik xalqlarla yanaşı, azərbaycanlıların da iştirakı ilə "Desentralizasiya şəraitində Ukrayanada millətlərarası münasibətləri tənzimləyən institusional mexanizmin gücləndirilməsi" mövzusunda "dəyirmi masa" keçirilib.

Ukrayna Millətlər Assambleyasından "Report"a verilən məlumata görə, ATƏT-in milli azlıqlarla iş üzrə ali komissarı Astrid Torsun aparıcılıq etdiyi toplantıda Ukrayna Ali Radasının İnsan hüquqları, milli azlıqlar və beynəlxalq münasibətlər Komitəsinin sədri Qriqori Nemırya, Ukrayna Mədəniyyət Nazirliyinin Dini və etnik məsələlər şöbəsinin müdiri Andrey Yuraş, deputatlar Valeri Patskan, Qriqori Timiş, Ukrayna Millətlər Assambleyasının rəhbəri, Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri Rövşən Tağıyev və digər etnik xalqları təmsil edən ayrı-ayrı təşkilatların rəhbərləri iştirak ediblər.

Toplantıda çıxış edənlərdən Rövşən Tağıyev diqqəti məlum münaqişələr və siyasi proseslər nəticəsində Ukraynanın Krım yarımadasından və Donbas bölgəsindən axın edən qaçqınlarla bağlı problemə yönəldib. O, millətlər adından tələb edib ki, Avropa İttifaqı bu məsələylə əlaqədar Ukrayna ilə viza məsələsini sadələşdirməlidir: “Əsas diqqəti Avropadakı qaçqınların Ukraynaya gəlişinə yox, Ukraynada yaranan qaçqın probleminə də yönəltməlisiz”. 

Həmçinin, R.Tağıyev qeyd edib ki, Ukrayna Millətlər Assambleyasının təşəbbüsü ilə beynəlxalq hüquqi aktları, o cümlədən 1999-cu ilin sentyabr ayında qəbul edilmiş "İctimai-siyasi həyatda milli azlıqların effektiv iştirakına dair Lund tövsiyələri"ni əldə əsas tutaraq, etno-milli mədəni siyasətin fəallaşması üçün Ukrayna prezidentinə elektron petisiya ünvanlanıb. Bu petisiyada Ukraynadakı milli azlıqların artıq bu gün təcili həllini tələb edən əsas məsələləri yer alıb. Elektron petisiya birləşmək və Ukraynanın seçki sistemini dəyişməyə cəhd kimi dəyərləndirilir. Belə ki, hakim partiya sanki hakimiyyəti qəsb edir və etnik qruplara parlamentə öz nümayəndələrini göndərməyə imkan vermir. Majoritar sistem də namizədləri müəyyən bölgəyə "bağlayır" və Ukrayna ərazisindəki etnik icmaların nümayəndələrinin bir namizədə real dəstəyini əks etdirmir".

ATƏT rəsmisi və ukraynalı deputatlar R.Tağıyevin tələbini nəzərə alacaqlarını bildiriblər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi