Ukrayna MDB ölkələrinin Kəşfiyyat Xidmətlərinin Əməkdaşlıq Sazişindən çıxır

Ukrayna MDB ölkələrinin Kəşfiyyat Xidmətlərinin Əməkdaşlıq Sazişindən çıxır Bakı. 12 dekabr. REPORT.AZ/ Ukrayna Xarici Kəşfiyyat Xidməti (XKX) ölkə Prezidenti Petro Poroşenkonun tapşırığına əsasən, MDB-yə üzv dövlətlərin təhlükəsizlik orqanları və kəşfiyyat xidmətləri arasında kəşfiyyat fəaliyyəti sahəsində əməkdaşlığın prinsipləri və əsas istiqamətləri haqqında Sazişdən çıxış preseduruna start verib.
Digər ölkələr
12 Dekabr , 2018 12:28
Ukrayna MDB ölkələrinin Kəşfiyyat Xidmətlərinin Əməkdaşlıq Sazişindən çıxır

Bakı. 12 dekabr. REPORT.AZ/ Ukrayna Xarici Kəşfiyyat Xidməti (XKX) ölkə Prezidenti Petro Poroşenkonun tapşırığına əsasən, MDB-yə üzv dövlətlərin təhlükəsizlik orqanları və kəşfiyyat xidmətləri arasında kəşfiyyat fəaliyyəti sahəsində əməkdaşlığın prinsipləri və əsas istiqamətləri haqqında Sazişdən çıxış preseduruna start verib.

Bu barədə "Report" "İnterfaks"a istinadən xəbər verir.

"Rusiyanın Ukraynaya qarşı artıq beş ildir davam edən silahlı təcavüzünü nəzərə alaraq hazırkı sazişdə Ukrayna kəşfiyyatının Rusiya xüsusi xidmət orqanları ilə bərabər iştirakı absurddur", - XKX-nin məlumatında deyilir.

Ukrayna xüsusi xidmət orqanından qeyd olunub ki, XKX Avro-Atlantik Kəşfiyyat Cəmiyyətindəki tərəfdaşları ilə birlikdə Rusiya xüsusi xidmətlərinin dağıdıcı fəaliyyətlərini müəyyənləşdirmək və aradan qaldırmaq üçün aktiv fəaliyyətini davam etdirəcək.

Son xəbərlər

Orphus sistemi