Yuxarı
    Bağlamaq

    Ukrayna MDB axtarış sistemindən imtina edəcək

    Ukrayna Rusiyanın nəzarəti altında olan axarış sistemindən imtina edərək İnterpola üz tutacaq

    Bakı. 19 iyul. REPORT.AZ/ Ukrayna Daxili İşlər naziri Arsen Avakov bəyan edib ki, MDB ölkələrində şübhəlilərin axtarışını Kiyev İnterpol beynəlxalq sistemi vasitəsilə aparmaq niyyətindədir, Rusiyanın nəzarət etdiyi MDB axtarış sistemindən isə imtina ediləcək.

    "Report"un BBC-yə istinadən verdiyi xəbərə görə, Ukrayna DİN rəhbəri Arsen Avakov Facebook vasətsilə bəyan edib ki, Kiyev bundan sonra MDB ölkələrində şübhəlilərin axtarışını İnterpol beynəlxalq sistemi imkanlarından istifadə edərək aparacaq.

    Rusiyanın nəzarəti altında fəaliyyət göstərən və qurulan MDB axarış sistemindən isə UKrayna DİN-i imtina etmək qərarına gəlib.

    Arsen Avakovun Facebook səhifəsində yazdığına görə, Ukrayna öz tərəfindən MDB icra strukturlarını bu barədə artıq məlumatlandırıb və bu ilin avqustun 24-dən başlayaraq müvafiq MDB sazişində iştrakına xitam verir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi