Taxıl dəhlizində növbələrdə dayanan gəmilərə görə Ukraynanın üzləşdiyi itki 1 milyard ABŞ dollarından çox olub.
“Report” “İnterfaks-Ukrayna”ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Taxıl Assosiasiyasının (UTA) prezidenti Nikolay Qorbaçov bildirib.
“Bu, ukraynalı kənd təsərrüfatı istehsalçılarının ala bilmədiyi puldur. Bu, treyderlərin gəmilərin çox uzun müddət növbədə durması üçün gəmilərin sahiblərinə ödədikləri puldur”, - o, “Azadlığ”ın efirində fikrini izah edib.
N.Qorbaçov qeyd edib ki, Rusiya Ukraynanın növbədə olan gəmilərin yoxlanılması qaydasının formalaşdırılması ilə bağlı plan və şərtlərini qəbul etmir və bu, liman terminallarının ritmik işləməsinə imkan vermir.