Ukrayna fevraldan indiyədək hərbi ehtiyaclar üçün 30 milyard dollardan çox vəsait ayırıb

Ukrayna fevraldan indiyədək hərbi ehtiyaclar üçün 30 milyard dollardan çox vəsait ayırıb Müharibə başlayandan Ukrayna ordunun və təhlükəsizliyin ehtiyacları üçün 30 milyard dollardan çox vəsait ayırıb.
Digər ölkələr
6 Dekabr , 2022 21:35
Ukrayna fevraldan indiyədək hərbi ehtiyaclar üçün 30 milyard dollardan çox vəsait ayırıb

Müharibə başlayandan Ukrayna ordunun və təhlükəsizliyin ehtiyacları üçün 30 milyard dollardan çox vəsait ayırıb.

"Report" xəbər verir ki, bu barədə Ukrayna Baş naziri Denis Şmıqal teleqramda bildirib.

Baş nazirin sözlərinə görə, hərbçilərin və digər güc strukturlarının əməkdaşlarının maaşları üçün 20,85 milyard dollar, texnika və silahların alınması, təmiri və modernləşdirilməsi üçün 4,77 milyard dollar ayrılıb.

Şmıqal əlavə edib ki, Ukraynanın 2023-cü il büdcəsində silah və hərbi texnikanın alınması, modernləşdirilməsi və təmiri üçün 8,12 milyard dollar ayrılması nəzərdə tutulur.

Son xəbərlər

Orphus sistemi