Ukrayna əhalisi ötən il 198 min nəfər azalıb

Ukrayna əhalisi ötən il 198 min nəfər azalıb Bakı. 21 fevral. REPORT.AZ/ Ukraynanın Dövlət Statistika Xidməti ötən il ölkə əhalisinin sayının azaldığını bildirib.
Digər ölkələr
21 Fevral , 2018 00:53
Ukrayna əhalisi ötən il 198 min nəfər azalıb

Bakı. 21 fevral. REPORT.AZ/ Ukraynanın Dövlət Statistika Xidməti ötən il ölkə əhalisinin sayının azaldığını bildirib.

"Report" xarici mətbuata istinadən xəbər verir ki, 2017-ci ildə Ukrayna əhalisinin 198,1 min nəfər azaldığı məlum olub.

"2018-ci ilin 1 yanvarına olan məlumata görə, ölkə əhalisinin sayı 42 milyon 386,4 min nəfərdir. 2017-ci ildə əhalinin sayı 198,1 min nəfər azalıb", - deyə "NewsOne" telekanalı bildirib.

Qeyd edilir ki, ölənlərin sayı yeni doğulanların sayına nisbəti 100 nəfərin 63 nəfərədir. 

Son xəbərlər

Orphus sistemi