Ukrayna Dövlət Fiskal Xidməti "BRSM-Nafta" yanacaqdoldurma məntəqələrinin min əməkdaşını işsiz qoyub

Ukrayna Dövlət Fiskal Xidməti "BRSM-Nafta" yanacaqdoldurma məntəqələrinin min əməkdaşını işsiz qoyub DFX 60 YDM-ə və "BRSM-Nafta"nın neft bazasına həbs qoyub
Digər ölkələr
30 Noyabr , 2016 13:23
Ukrayna Dövlət Fiskal Xidməti BRSM-Nafta yanacaqdoldurma məntəqələrinin min əməkdaşını işsiz qoyub

Bakı. 30 noyabr. REPORT.AZ/ Ukrayna Dövlət Fiskal Xidməti "BRSM-Nafta" yanacaqdoldurma kompleksi (YDM) şəbəkəsinin 60 yanacaqdoldurma stansiyasına və "BRSM-Nafta"nın neft bazasına həbs qoyub.

"Report" "NefteRınok"a istinadən xəbər verir ki, bununla da şirkətin təxminən min əməkdaşı işsiz qalıb.

YDM şəbəkəsinin strateji marketinq departamentinin direktoru Aleksandr Melniçuk noyabrın 29-da vergi orqanının daha 16 obyektin işini dayandırdığını bildirib.

"Vergilərdəki rəhbər şəxslər məhkəmənin "BRSM-Nafta"nın xeyrinə olan qərarlarına riayət etmirlər və şirkət əməkdaşlarının iş yerlərinə keçmələrinə imkan vermirlər. DFX-nin bu hərəkətlərinə cavab olaraq, noybarın 30-da "BRSM-Nafta" kollektivi şirkətə hücumun dayandırılması və DFX-nin sədri Roman Nasirovun istefaya göndərilməsi tələbi ilə etiraz aksiyasına başlayır", - deyə YDM şəbəkəsinin strateji marketinq departamentinin direktoru vurğulayıb.

Şirkətdən bildiriblər ki, işçilər dekabrın 1-də Nazirlər Kabineti və Baş Prokurorluq istiqamətində yürüş keçirəcəklər.

Son xəbərlər

Orphus sistemi