Kiyev. 17 oktyabr. REPORT.AZ/ Kiyevin mərkəzindəki mitinqə toplaşanların sayı təxminən iki min nəfərdir.
"Report"un Ukrayna bürosunun məlumatına görə, bu barədə məlumat Ukrayna Daxili İşlər Nazirliyi tərəfindən verilib.
Kiyevin küçələrini təqribən 3500 polis və Milli Qvardiya əməkdaşı qoruyur.
Daha əvvəl xəbər verildiyi kimi, Ukrayna Ali Radasının binası ətrafında ikiqat kordon yerləşdirilib, Kiyevin bəzi mərkəzi küçələri bağlanılıb.
Xatırladaq ki, oktyabrın 17-də Kiyevdə Odessa vilayətinin keçmiş qubernatoru Mixeil Saakaşvilinin tərəfdarlarının mitinqi keçirilir.