Ukrayna Britaniyadan 425 milyon avroya yaxın kredit alıb

Ukrayna Britaniyadan 425 milyon avroya yaxın kredit alıb Ukrayna Böyük Britaniyadan 425 milyon avroya yaxın kredit alıb.
Digər ölkələr
1 İyul , 2022 04:13
Ukrayna Britaniyadan 425 milyon avroya yaxın kredit alıb

Ukrayna Böyük Britaniyadan 425 milyon avroya yaxın kredit alıb.

"Report" "RBC-Ukraina"ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Maliyyə Nazirliyi məlumat yayıb.

Bildirilir ki, Ukrayna Dünya Bankının dövlət xərclərinin dəstəklənməsi layihəsi çərçivəsində 446,8 milyon avro kredit alıb. Bu maliyyələşdirmə çərçivəsində Böyük Britaniyanın ayırdığı vəsait 424,6 milyon avro təşkil edir.

"Müharibə dövründə Ukrayna üçün dövlət idarəçiliyinin potensialını, səmərəliliyini və davamlılığını qoruyub saxlamaq vacibdir. Yığılan vəsait dövlət sektoru işçilərinin maliyyələşdirilməsini təmin edəcək. Biz Böyük Britaniya hökumətinə və Dünya Bankına dəstəyinə görə minnətdarıq”, - məlumatda deyilir.

Son xəbərlər

Orphus sistemi