Ukrayna Baş Prokurorluğu Poroşenkonu cərimələyə bilər

Ukrayna Baş Prokurorluğu Poroşenkonu cərimələyə bilər Ukraynanın fəaliyyətdə olan Prezidenti Petro Poroşenko Maydan işinin istintaqı çərçivəsində Baş Prokurorluğun dindirilməsinə gəlməyib.
Digər ölkələr
7 May , 2019 13:16
Ukrayna Baş Prokurorluğu Poroşenkonu cərimələyə bilər

Ukraynanın fəaliyyətdə olan Prezidenti Petro Poroşenko Maydan işinin istintaqı çərçivəsində Baş Prokurorluğun dindirilməsinə gəlməyib.

"Report" "Ukrainskie novosti"yə istinadən xəbər verir ki, bu barədə ölkənin Baş Prokurorluğunun Xüsusi istintaq idarəsinin rəisi Sergey Qorbatyuk bildirib.

Qeyd olunur ki, sorğu-suala gəlməməyin səbəbləri məlum deyil.

Eyni zamanda, Qorbatyuk Ukrayna Baş Prokurorluğunun fəaliyyətdə olan Prezidentin Maydan işi üzrə dindirilməyə gəlməsini təmin etmək üçün güc tətbiq edə bilər: "Hələlik ona qarşı bunu edə bilmirik. Amma prezidentlik səlahiyyətləri başa çatdıqdan sonra məhkəməyə onun icbari qaydada sorğu-suala gətirilməsi barədə müraciət ünvanlayacağıq".

Bundan başqa, Poroşenkonun ikinci dəfə də sorğuya gəlməyəcəyi təqdirdə cərimələnəcəyi bildirilir.

Son xəbərlər

Orphus sistemi