Ukrayna Baş nazirinin müavini dünya liderlərinə müraciət edib

Ukrayna Baş nazirinin müavini dünya liderlərinə müraciət edib Ukrayna Baş nazirinin müavini, müvəqqəti işğal olunmuş ərazilərin bərpası məsələləri üzrə rəhbəri İrina Vereşçuk dünya liderlərinə müraciət edib.
Digər ölkələr
224
7 Mart , 2022 14:17
Ukrayna Baş nazirinin müavini dünya liderlərinə müraciət edib

Ukrayna Baş nazirinin müavini, müvəqqəti işğal olunmuş ərazilərin bərpası məsələləri üzrə rəhbəri İrina Vereşçuk dünya liderlərinə müraciət edib.

“Report” UNİAN-a istinadən xəbər verir ki, o, ölkədə humanitar dəhlizlərin açılması üçün kömək istəyib.

“Liderlərə müraciət edirəm: Emmanuel Makron, Boris Conson, Cozef Bayden... Xahiş edirəm, yüz minlərlə insanın, o cümlədən xarici vətəndaşların həyatını xilas edəcək real effektiv humanitar dəhlizlərin açılmasına kömək edin”, - İrina Vereşçuk qeyd edib.

O həmçinin əhalini saxta xəbərlərə inanmamağa çağırıb: “Humanitar dəhlizlərin açılması barədə əvvəlcədən xalqa məlumat veriləcək”.

Son xəbərlər

Orphus sistemi