Ukrayna Almaniyadan 200 milyon avro qrant yardımı alıb

Ukrayna Almaniyadan 200 milyon avro qrant yardımı alıb Ukraynanın dövlət büdcəsinə Bərpa üçün Kredit Təşkilatından (KfW) 200 milyon avro məbləğində qrant daxil olub.
Digər ölkələr
13 dekabr 2022 15:42
Ukrayna Almaniyadan 200 milyon avro qrant yardımı alıb

Ukraynanın dövlət büdcəsinə Bərpa üçün Kredit Təşkilatından (KfW) 200 milyon avro məbləğində qrant daxil olub.

“Report” “İnterfaks-Ukrayna”ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Maliyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

“Bu vəsait Almaniya hökuməti tərəfindən Ukraynada məcburi köçkünlərin dayanıqlığının qorunması proqramı çərçivəsində verilib. Vəsaitlər dövlət büdcəsinin məcburi köçkünlər üçün yaşayış müavinətlərinin ödənilməsi üzrə ümumi fondun xərclərinin bağlanmasına yönəldiləcək”, - məlumatda deyilir.

Qeyd olunur ki, KfW tərəfindən maliyyələşdirilən Ukraynada məcburi köçkünlərin dayanıqlığına dəstək proqramı Rusiyanın Ukraynaya qarşı müharibəsi zamanı məcburi köçkünlərin həyat şəraitinə mənfi təsirləri azaltmağa yönəlib. Proqramın məqsədi Ukrayna hökumətinin müharibə başlayandan indiyədək rəsmi sayı xeyli artmış məcburi köçkünlərə lazımi dəstək vermək imkanlarını gücləndirməkdir.

Son xəbərlər

Orphus sistemi