Yuxarı
    Bağlamaq

    Ukrayna Ali Radasının spikeri koalisiyanın dağılmasını rəsmən açıqlayıb

    “Samopomiç” koalisiyadan çıxan üçüncü partiya olub

    Bakı. 19 fevral. REPORT.AZ/ Ukrayna Ali Radasının spikeri Vladimir Qroysman “Samopomiç” (Özünəyardım) fraksiyasının parlament koalisiyasından ayrıldığını rəsmən açıqlayıb. "Report" UNİAN agentliyinə istinadən xəbər verir ki, bu, faktiki olaraq koalisiyanın dağılması deməkdir.

    Ali Radada hakim koalisiyadan çıxışını "Samopomiç” fraksiyası dünən bildirmişdi. Onlar bu addımlarını parlamentdə oliqarx çevrilişinin iştirakçıları olmuş siyasi qüvvələrlə eyni ittifaqda olmaq istəməmələriylə izah etmişdi.

    Radada 33 deputatla təmsil olunan "Samopomiç” koalisiyadan çıxan üçüncü partiya olub. Daha əvvəl Oleq Lyaşkonun rəhbərlik etdiyi Radikal Partiyası və sabiq baş nazir Yuliya Timoşenkonun başçısı olduğu "Batkivşina" partiyası koalisiyadan çıxmışdı.

    Ukraynanın baş naziri Arseni Yatsenyuk isə məsələyə münasibət bildirərkən qeyd edib ki, "Samopomiç”in koalisiyadan çıxışı onun liderlərinin siyasi məsuliyyəti üzərinə götürə bilmədiklərindən xəbər verir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi