Ukrayna Ali Radası Avakovu vəzifəsindən uzaqlaşdırmaqdan imtina edib - YENİLƏNİB

Ukrayna Ali Radası Avakovu vəzifəsindən uzaqlaşdırmaqdan imtina edib - YENİLƏNİB Bakı. 7 noyabr. REPORT.AZ/ Ukrayna Ali Radası ölkənin daxili işlər naziri Arsen Avakovu tutduğu vəzifədən uzaqlaşdırmaqdan imtina edib.
Digər ölkələr
7 Noyabr , 2017 15:00
Ukrayna Ali Radası Avakovu vəzifəsindən uzaqlaşdırmaqdan imtina edib - YENİLƏNİB

Bakı. 7 noyabr. REPORT.AZ/ Ukrayna Ali Radası ölkənin daxili işlər naziri Arsen Avakovu tutduğu vəzifədən uzaqlaşdırmaqdan imtina edib.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, müvafiq qanun layihəsinin qəbul edilməsi üçün minimum 226 səs lazım olsa da, onu cəmi 31 parlamentari dəstəkləyib.

Qanun layihəsinin təşəbbüskarları hesab edirlər ki, hüquq-mühafizə orqanlarının əməkdaşlarının attestasiyası, eləcə də DİN sistemində islahatlar prosesinin uğursuz olmasına görə, A.Avakov məsuliyyət daşıyır.

Qeyd edək ki, Ukrayna qanunvericiliyinə görə, Nazirlər Kabinetinin üzvlərini vəzifəyə təyin etmək və vəzifədən uzaqlaşdırmaq hüququ Ali Radaya məxsusdur. 


*** 13:14

Ukrayna Ali Radası bu gün ölkənin daxili işlər naziri Arsen Avakovun istefaya göndərilməsi məsələsini nəzərdən keçirməyi planlaşdırır.

"Report" TASS-a istinadən xəbər verir ki, müvafiq qətnamə layihəsi gündəliyə hakim "Petro Poroşenko bloku"ndan olan deputat Sergey Kaplinin təşəbbüsü ilə salınıb.

Xatırladaq ki, oktyabrın 31-də DİN başçısının oğlu Aleksandr Avakov Ukrayna Milli Antikorrupsiya Bürosunun əməkdaşlarının axtarış keçirməsindən sonra saxlanılıb. O, DİN-ə tabe olan Milli Qvardiya üçün çanta partiyası satınalınması zamanı fırıldaqçılıq etməkdə ittiham olunub. Noyabrın 1-də Kiyevin Solomenski Rayon Məhkəməsi onu ilk tələbdə gəlmək öhdəliyi götürməklə azad edib.

A.Avakov isə nə özünün, nə də oğlunun çantalarla heç bir əlaqəsinin olmadığını bildirib.

Son xəbərlər

Orphus sistemi