​Ukrayna 10 il ərzində Rusiya qazından tamamilə imtina edəcək

​Ukrayna 10 il ərzində Rusiya qazından tamamilə imtina edəcək Yatsenyuk: "Kiyev demək olar ki, Rusiya qazından yüz faizlik asılılıqdan xilas olub"
Digər ölkələr
20 Noyabr , 2015 03:15
​Ukrayna 10 il ərzində Rusiya qazından tamamilə imtina edəcək

Bakı. 20 noyabr. REPORT.AZ/ Ukrayna 10 il ərzində Rusiya qazından tamamilə imtina edəcək.

"Report" xəbər verir ki, bunu ölkənin baş naziri Arseni Yatsenyuk bildirib.

O qeyd edib ki, Kiyev demək olar ki, Rusiya qazından yüz faizlik asılılıqdan xilas olub və iki il əvvəl Avropa İttifaqından (Aİ) revers tədarüklərə başlayıb.

Yatsenyuk, həmçinin qeyd edib ki, Kiyev Aİ qarşısında Ukraynanı bütün tranzit imkanlarından və ildə iki milyard dollardan məhrum edən "Şimal axını-2" qaz kəmərinin tikintisinə yol verilməməsinə dair məsələ qaldırıb. 

Son xəbərlər

Orphus sistemi