Udmurtiyada yaşayış binasında baş vermiş faciə ilə əlaqədar matəm elan ediləcək

Udmurtiyada yaşayış binasında baş vermiş faciə ilə əlaqədar matəm elan ediləcək Matəm axtarış-xilasetmə işləri başa çatandan sonra elan ediləcək
Digər ölkələr
10 Noyabr , 2017 01:35
Udmurtiyada yaşayış binasında baş vermiş faciə ilə əlaqədar matəm elan ediləcək

Bakı. 10 noyabr. REPORT.AZ/ Udmurtiyada İjevsk ərazisində yaşayış binasının uçması nəticəsində insan tələfatı ilə əlaqədar matəm elan ediləcək.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Udmurt Respublikasının rəhbəri Aleksandr Breçalov bildirib.

O, bildirib ki, matəm axtarış-xilasetmə işləri başa çatandan sonra elan ediləcək.

"Matəm elan ediləcək, amma siz başa düşürsünüz ki, etika nöqteyi-nəzərdən biz axtarış-xilasetmə işlərini başa çatdırlmalıyıq", - deyə Breçalov bildirib.

Daha əvvəl məlum olub ki, İjevsk ərazisində fövqəladə vəziyyət elan edilib. Udmurtiyanın səhiyyə nazirinin müavini Lyudmila Quznişeva hadisə nəticəsində 3 nəfərin öldüyünü, daha 4 nəfərin xəsarət aldığını təsdiqləyib.

Son xəbərlər

Orphus sistemi