Üç min terrorçu Suriyadan İordaniyaya qaçıb

Üç min terrorçu Suriyadan İordaniyaya qaçıb İŞİD üzvləri Rusiya hərbi aviasiyasının zərbələrindən ehtiyyat edir.
Digər ölkələr
5 Oktyabr , 2015 07:56
Üç min terrorçu Suriyadan İordaniyaya qaçıb

Bakı. 5 oktyabr. REPORT.AZ/ Rusiya hərbi aviasiyasının zərbələrindən ve Bəşər Əsəd ordusunun hücumlarından ehtiyyat edən minlərlə terrorçu Suriyadan İordaniyaya qaçıb.

“Report”un “Lenta.Ru”-ya istinadən verdiyi xəbərə görə, son günlərdə qonşu dövlətlərə yollanan İŞİD və digər qruplaşma üzvlərinin sayı üç mini keçib.

Bəzi məlumatlara əsasən, İŞİD liderlərinin çoxu ailə üzvlərini paytaxt elan etdikləri Suriyanın Rakka şəhərindən İraqın Mosul şəhərinə köçürməyə başlayıblar.

Son xəbərlər

Orphus sistemi