Almaniyanın 3 vətəndaşı Avstriyada qar uçqununa düşərək ölüb

Almaniyanın 3 vətəndaşı Avstriyada qar uçqununa düşərək ölüb Bakı. 13 yanvar. REPORT.AZ/ Almaniyadan olan 3 xizəkçi Avstriyada qar uçqununa düşərək ölüb. Qrupun tərkibində olan dördüncü şəxs hələ aşkar edilməyib.
Digər ölkələr
13 Yanvar , 2019 16:19
Almaniyanın 3 vətəndaşı Avstriyada qar uçqununa düşərək ölüb

Bakı. 13 yanvar. REPORT.AZ/ Almaniyadan olan 3 xizəkçi Avstriyada qar uçqununa düşərək ölüb. Qrupun tərkibində olan dördüncü şəxs hələ aşkar edilməyib.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə bazar günü yerli polisə istinadən Bavariyanın "Merkur" qəzeti yazıb.

Məlumata görə, dörd xizəkçi şənbə günü dağda olub, onlar daha əvvəl qar uçqunu təhlükəsinə görə bağlı olan yoldan keçmək istəyiblər. Axşam kişilərdən birinin həyat yoldaşı polisə müraciət edərək, qrupla əlaqənin kəsildiyini bildirib. Polis mobil telefonlar vasitəsi ilə insanların olduğu yeri müəyyən edə bilib. Xilasedicilər 32, 3657 yaşlı üç Almaniya vətəndaşının meyitini aşkar ediblər. Daha bir nəfər – Cənubi Bavariyanın 28 yaşlı sakini isə axtarılır. Onun axtarışları bazar gününə keçən gecə güclü qar və qar uçqunu təhlükəsi səbəbindən dayandırılıb.

Polisin məlumatına görə, ölən şəxslərin üzərində fövqəladə vəziyyətlər üçün lazım olan hər bir avadanlıq olub.

Bildirilir ki, qar kütləsi onları özü ilə süpürüb aparıb. Bu səbəbdən də meyitlərin üzərində çoxsaylı yaralar aşkar edilib, ölüm nəfəs çatışmazlığı nəticəsində baş verib.

Daha əvvəl Avstriya və Almaniyaya yağan güclü qar 9 nəfərin həyatına son qoyub.

Son xəbərlər

Orphus sistemi