"Uber" "pilotsuz taksi"nin yaradılmasına dair müqavilə bağlayıb

"Uber" "pilotsuz taksi"nin yaradılmasına dair müqavilə bağlayıb "Pilotsuz avtomobillər xidmətin işini irəli aparacaq"
Digər ölkələr
1 Fevral , 2017 07:05
Uber pilotsuz taksinin yaradılmasına dair müqavilə bağlayıb

Bakı. 1 fevral. REPORT.AZ/ Amerikanın "Uber" şirkəti Almaniyanın "Daimler" avtomobil istehsalçısı ilə "pilotsuz taksi"nin yaradılmasına dair müqavilə imzalayıb. Yaxın bir neçə ildə pilotsuz taksilər "Uber" onlayn-taksi xidmətinin bir hissəsi olacaq.

"Report" xəbər verir ki, bu barədə "Uber"in təsisçisi Trevis Kalanik şirkətin bloqunda məlumat verib.

Onun sözlərinə görə, pilotsuz avtomobillər xidmətin işini irəli aparacaq və onu daha etibarlı edəcək.

Kalanik bildirib ki, "Uber" şirkətin imkanlarını genişləndirmək üçün böyük avtomobil istehsalçıları ilə sazişlər bağlamağı planlaşdırır.

Son xəbərlər

Orphus sistemi