“Twitter” prezidentliyə namizədi dəstəkləyən səhifələri bağlayır

“Twitter” prezidentliyə namizədi dəstəkləyən səhifələri bağlayır “Twitter” ABŞ prezidentliyinə namizəd olan Nyu-Yorkun sabiq meri Maykl Blumberqə dəstək məqsədli postlar dərc edən 70 səhifənin fəaliyyətini dayandırmağa başlayıb.
Digər ölkələr
22 Fevral , 2020 12:48
“Twitter” prezidentliyə namizədi dəstəkləyən səhifələri bağlayır

“Twitter” ABŞ prezidentliyinə namizəd olan Nyu-Yorkun sabiq meri Maykl Blumberqə dəstək məqsədli postlar dərc edən 70 səhifənin fəaliyyətini dayandırmağa başlayıb.

“Report” “Los Angeles Times” qəzetinə istinadən xəbər verir ki, icbari tədbirlər şirkətin platforma manipulyasiyası və spamla bağlı qaydalarının pozulması səbəbi ilə görülüb. Bəzi hesablar qeyri-müəyyən müddətə dayandırılacaq.

Nəşrin məlumatına görə, sosial şəbəkələrdə təbliğ işləri üçün M.Blumberqin qərargahı “Facebook”, “Twitter” və “Instagram”da milyarderə dəstək məlumatları yaymaq üçün yüzlərlə müvəqqəti işçi cəlb edib.

M.Blumberq prezidentlik yarışına digər əsas namizədlərdən daha gec daxil olsa da, o, qeyri-məhdud maliyyə mənbələrinə malikdir. Digər namizədlərdən fərqli olaraq, o, 50 milyard ABŞ dollarından çox olan sərvətindən vəsait xərcləyir.

Son xəbərlər

Orphus sistemi