Yuxarı

"Twitter"in səhmləri xidmətin fəaliyyətində yaranmış problemlərlə bağlı xəbərlərdən sonra aşağı düşüb

Əsas hərrac sessiyasının yekununa əsasən, şirkətin səhmləri 6,97% ucuzlaşıb

Bakı. 20 Yanvar. REPORT.AZ/ Nyu-York Fond Birjasında "twitter" şirkətinin səhmləri xidmətin fəaliyyətində yaranmış qlobal problemlərlə bağlı xəbərlərdən sonra təxminən 7% dəyərsizləşib. "Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu keçirilmiş hərraclar sübut edir.

Belə ki, əsas hərrac sessiyasının yekununa əsasən, şirkətin səhmləri 6,97% ucuzlaşaraq, bir səhmin dəyəri 16,69 dollara düşüb. "Twitter"in qiymətli kağızlarının dəyərdən düşməsi halı son 11 hərracın 10-da müşahidə edilib. Bu müddət ərzində o, 27% ucuzlaşıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi