“Twitter”də nasazlıq yarandı

“Twitter”də nasazlıq yarandı Dünyanın bir sıra ölkələrində “Twitter” mikrobloqu şəbəkəsinin işində nasazlıq müşahidə olunur.
Digər ölkələr
29 Aprel , 2020 01:57
“Twitter”də nasazlıq yarandı

Dünyanın bir sıra ölkələrində “Twitter” mikrobloqu şəbəkəsinin işində nasazlıq müşahidə olunur. 

Bu barədə “Report” məşhur internet resursların işini izləyən Downdetector xidmətinə istinadən xəbər verir.

Nasazlıqlardan ən çox ABŞ və Yaponiyada yaşayan sosial şəbəkə istifadəçiləri şikayət edirlər. 

Xidmətin məlumatına görə, istifadəçilərin çox hissəsi (73%) saytın işində nasazlıqlardan şikayət edir. Daha 14% istifadəçi “iPhone” və “iPad” proqramlarında problemlərlə üzləşib. İstifadəçilərin 12%-i isə “Android” proqramında çətinliklərlə qarşılaşıb.

Son xəbərlər

Orphus sistemi