Tvitter COVID-19 peyvəndləri haqqında yalan xəbərləri siləcək

Tvitter COVID-19 peyvəndləri haqqında yalan xəbərləri siləcək Tvitter sosial şəbəkəsi bildirib ki, koronavirus vaksinləri haqqında səhih olmayan informasiyayla paylaşımları silməyə başlayacaq.
Digər ölkələr
17 Dekabr , 2020 05:57
Tvitter COVID-19 peyvəndləri haqqında yalan xəbərləri siləcək

Tvitter sosial şəbəkəsi bildirib ki, koronavirus vaksinləri haqqında səhih olmayan informasiyalar barədə paylaşımları silməyə başlayacaq.

“Report” xəbər verir ki, bu barədə CNBC telekanalı məlumat yayıb.

Tvitter hələlik şirkətin virusun və onun yayılması haqqında yalan hesab etdiyi məlumatları, effektiv müdafiə tədbirləri, rəsmi məhdudlaşdırıcı tədbirlər, sağlamlıq üçün risklər hesab etdiyi paylaşımları silir.

Sosial şəbəkədə qeyd ediblər ki, növbəti həftədən vaksinlərin "əhali üzərində qəsdən edilmiş ziyan və ya nəzarət üçün" istifadə edildiyi barədə paylaşımlar da silinəcək. Bundan başqa, tvitterdə peyvəndlənmənin mənfi nəticələri haqqında yanlış və geniş şəkildə təkzib edilmiş açıqlamalar, COVID-19-un mövcud olmaması, qeyri-ciddi olması, bu səbəbdən peyvənd edilməyin lazımsızlığı barədə paylaşımlar da silinəcək.

Növbəti ilin əvvəlində "əsassız şayiələr, mübahisəli iddialar", "natamam və kontekstdən kənar peyvənd məlumatları"nı təbliğ edən hesabatların işarələnməsi də planlaşdırılır.

Son xəbərlər

Orphus sistemi