TÜRKPA-nın baş katibi Özbəkistan Senatının sədrini Bakıya dəvət edib

TÜRKPA-nın baş katibi Özbəkistan Senatının sədrini Bakıya dəvət edib Özbəkistan Respublikası Ali Məclisi Senatının sədri Tanzila Narbayeva Buxara şəhərində keçirilən "Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasında qlobal parlamentlərarası əməkdaşlıq" mövzusunda beynəlxalq forumda iştirak edən Türkdilli Ölkələrin Parlament
Digər ölkələr
25 İyun , 2021 23:06
TÜRKPA-nın baş katibi Özbəkistan Senatının sədrini Bakıya dəvət edib
Altınbek Mamayusupov

Özbəkistan Respublikası Ali Məclisi Senatının sədri Tanzila Narbayeva Buxara şəhərində keçirilən "Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasında qlobal parlamentlərarası əməkdaşlıq" mövzusunda beynəlxalq forumda iştirak edən Türkdilli Ölkələrin Parlament Assambleyasının (TÜRKPA) nümayəndə heyəti ilə baş tutmuş görüşü zamanı ölkəsinin TÜRKPA-ya qoşulmağa hazır olduğunu bildirib.

“Report”un məlumatına görə, görüş zamanı Senat sədri Özbəkistanın türkdilli ölkələrlə əməkdaşlığa xüsusi əhəmiyyət verdiyini vurğulayaraq, Assambleyaya qoşulmaq barədə qərar qəbul edildiyini diqqətə çatdırıb.

TÜRKPA-nın baş katibi Altınbek Mamayusupov Özbəkistanın Türk dünyası üçün, ümumilikdə regionun inkişafında mühüm rol oynadığını, onun Assambleyaya qoşulmasının türkdilli ölkələr arasında əməkdaşlığın gələcək inkişafına yeni təkan verəcəyini bildirib.

Son xəbərlər

Orphus sistemi