Bakı. 13 oktyabr. REPORT.AZ/ Türkmənistanda 5,3 bal gücündə zəlzələ baş verib.
“Report”un RİA “Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, yeraltı təkanların episentri paytaxt Aşqabaddan 144 km şimal-şərqdə yerləşib.
Zəlzələnin ocağı isə altı km dərinlikdə yerləşib. Dağıntı və zərərçəkənlər barədə məlumat verilmir.