Türkmənistan prezidenti sosial güzəştlərin tədricən ləğv ediləcəyini bildirib

Türkmənistan prezidenti sosial güzəştlərin tədricən ləğv ediləcəyini bildirib Qurbanqulu Berdıməhəmmədov: "Sosial güzəştlər bazar iqtisadiyyatına keçid dövründə çətinliklər yaradır"
Digər ölkələr
4 İyun , 2016 11:18
Türkmənistan prezidenti sosial güzəştlərin tədricən ləğv ediləcəyini bildirib

Bakı. 4 iyun. REPORT.AZ/ Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov əhaliyə verilən sosial güzəştlərin tədricən ləğv ediləcəyini bildirib.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu ilin ilk 5 ayı ərzində ölkənin sosial-iqtisadi inkişafının yekunlarına dair hökumətin iclasında çıxış edən prezident müstəqilliyin ilk illərində əhalinin həyatını asanlaşdırmaq üçün qəbul edilmiş və vətəndaşlara çoxlu sayda güzəştlərin verildiyi qanunları dəyişdirməyin zəruri olduğunu qeyd edib.

"Bu gün xalqımızın həyat səviyyəsi çox yüksəkdir və bu güzəştlər bazar iqtisadiyyatına keçid dövründə çətinliklər yaradır", - deyə dövlət başçısı diqqətə çatdırıb.

Türkmənistan prezidenti hansı güzəştlərin konkret nə vaxt ləğv olunacağına aydınlıq gətirməyib.

Son xəbərlər

Orphus sistemi