Bakı. 24 iyun. REPORT.AZ/ Somalinin paytaxtı Moqadişoda bombalı intiharçının olduğu avtomobilin hərbçilərə aid maşınla toqquşması nəticəsində səfirliyin binası yaxınlığında partlayış baş verib. "Report" "Reuters"ə istinadən xəbər verir ki, bunu polis zabiti, polkovnik Farah Abdikadir bildirib.
"Son məlumata əsasən, partlayış nəticəsində aralarında mülki vətəndaşlar da olmaqla, 3 nəfər ölüb, 7 nəfər yaralanıb", - o deyib.
*** 16:17
Bakı. 24 iyun. REPORT.AZ/ Türkiyənin Somalidəki səfirliyinin binası qarşısında güclü partlayış baş verib.
"Report" TASS-a istinadən xəbər verir ki, bu haqda yerli "Mogadisho News" məlumat yayıb.
Hadisə ilə bağlı əlavə məlumat verilməyib.
Qeyd edək ki, səfirliyin binası Somalinin paytaxtı Moqadişoda yerləşir.