Türkiyənin şərqində itkin düşən 11 gömrük işçisindən birisi azad edilib

Türkiyənin şərqində itkin düşən 11 gömrük işçisindən birisi azad edilib Məlumatı Türkiyə Silahlı Qüvvələri Baş Qərargahı təsdiq edib
Digər ölkələr
23 Avqust , 2015 19:31
Türkiyənin şərqində itkin düşən 11 gömrük işçisindən birisi azad edilib

Bakı. 23 avqust. REPORT.AZ/ Türkiyənin şərqində Van vilayətində avqustun 10-da itkin düşən 11 gömrük işçisindən birisi azad edilib.

"Report"un "Hürriyet" qəzetinə istinadən verdiyi məlumata görə, "Kapıköy" sərhəd-keçid məntəqəsində işləyən gömrük əməkdaşlarının PKK terrorçuları tərəfindən qaçırıldığı bildirilir.

Məlumatı Türkiyə Silahlı Qüvvələri Baş Qərargahı təsdiq edib.

Son xəbərlər

Orphus sistemi