Yuxarı

İran ​Türkiyənin sərhədini pozan rus pilotunu xilas edib

Su-24ün ekipaj üzvünün xilas edilməsi ilə bağlı birinci əməliyyat uğursuz olub

Bakı. 27 noyabr. REPORT.AZ/ Türkiyənin hava sərhədini pozan Rusiyanın "Su-24" hərbi təyyarəsinin sağ qalan pilotunu İran İnqilab Keşikçiləri Qvardiyasının xaricdəki qolu, "Qüds"ün komandanı Qasım Süleymaninin başçılıq etdiyi dəstə xilas edib.

"Report" xəbər verir ki, bu haqda İranın "Fars" xəbər agentliyi məlumat yayıb.

Məlumata görə, pilotun xilas edilməsi ilə bağlı birinci əməliyyat uğursuz olub. İkinci əməliyyat isə Q.Süleymaninin başçılığı ilə keçirilib və uğurla başa çatıb. Pilot Rusiyanın Suriyadakı hərbi hava bazasına aparılıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi