Türkiyənin Səhiyyə Nazirliyi: "İstanbuldakı partlayışlarda 15 nəfər həlak olub, 69 nəfər yaralanıb" - VİDEO

Türkiyənin Səhiyyə Nazirliyi: "İstanbuldakı partlayışlarda 15 nəfər həlak olub, 69 nəfər yaralanıb" - VİDEO Partlayışlardan sonra ərazidə yanğın baş verib
Digər ölkələr
11 Dekabr , 2016 04:08
Türkiyənin Səhiyyə Nazirliyi: İstanbuldakı partlayışlarda 15 nəfər həlak olub, 69 nəfər yaralanıb - VİDEO

Bakı. 11 dekabr. REPORT.AZ/ Türkiyənin Səhiyyə Nazirliyi ötən gün İstanbul şəhərində baş vermiş partlayış zamanı ölən və yaralananlarla bağlı rəsmi məlumatı açıqlayıb.

"Report"un məlumatına görə, bu barədə "Haber7" xəbər yayıb.

Nazirliyin rəsmi məlumatına görə, İstanbulda baş vermiş partlayış zamanı 15 nəfər həlak olub, 69 nəfər yaralanıb.

Qeyd edək ki, ötən gün İstanbulun Beşiktaş rayonunda iki güclü partlayış baş verib. Hadisə Maçka parkı yaxınlığında, "Vodafon Arena" stadionunun çıxışı yaxınlığında qeydə alınıb.

Partlayışlardan sonra ərazidə yanğın baş verib. 

Son xəbərlər

Orphus sistemi