Türkiyənin nəqliyyat naziri İstanbuldakı partlayışı terror aktı adlandırıb

Türkiyənin nəqliyyat naziri İstanbuldakı partlayışı terror aktı adlandırıb Əhməd Arslan: "Bu alçaq terror aktını qətiyyətlə qınayıram"
Digər ölkələr
11 Dekabr , 2016 01:28
Türkiyənin nəqliyyat naziri İstanbuldakı partlayışı terror aktı adlandırıb

Bakı. 11 dekabr. REPORT.AZ/ İstanbulun futbol stadionunda baş vermiş partlayış terror aktıdır.

"Report" xəbər verir ki, bu sözləri Türkiyənin nəqliyyat naziri Əhməd Arslan özünün "Twitter" səhifəsində yazıb.

"Mən İstanbulda, Beşikdaş ərazisində baş vermiş bu alçaq terror aktını qətiyyətlə qınayıram. Zərərçəkənlərin qısa zamanda sağalmalarını arzu edirəm", - deyə nazir yazıb.

Qeyd edək ki, Türkiyənin daxili işlər naziri Süleyman Soylu da İstanbulda hücumun hədəfi polis avtobusu olduğunu bildirib.

Son xəbərlər

Orphus sistemi