Türkiyənin müdafiə naziri: “İdlibdə 76 suriyalı hərbçi zərərsizləşdirilib”

Türkiyənin müdafiə naziri: “İdlibdə 76 suriyalı hərbçi zərərsizləşdirilib” Türkiyə Silahlı Qüvvələri tərəfindən Suriyanın İdlib vilayətinə endirilən raket zərbələri nəticəsində Suriya prezidenti Bəşşar Əsədə məxsus ordu qüvvələrinin 76 hərbçisi zərərsizləşdirilib.
Digər ölkələr
3 Fevral , 2020 21:29
Türkiyənin müdafiə naziri: “İdlibdə 76 suriyalı hərbçi zərərsizləşdirilib”

Türkiyə Silahlı Qüvvələri tərəfindən Suriyanın İdlib vilayətinə endirilən raket zərbələri nəticəsində Suriya prezidenti Bəşşar Əsədə məxsus ordu qüvvələrinin 76 hərbçisi zərərsizləşdirilib.

“Report” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyə Respublikasının Milli Müdafiə naziri Hulusi Akar məlumat verib.

Onun sözlərinə görə, 54 hədəfə zərbələr endirilib: “Müxtəlif mənbələrdən aldğımız məlumata görə, hazırda 76 suriyalı hərbçi zərərsizləşdirilib”.

Xatırladaq ki, ötən gecə Bəşşar Əsədə sadiq qüvvələrin hücumu nəticəsində Türkiyə ordusunun 6 əsgəri şəhid olub, 9 nəfər isə yaralanıb.

Son xəbərlər

Orphus sistemi