Türkiyənin məşhur tarixi məkanlarından olan “Kapalıçarşı”da təmir işləri başlayır

Türkiyənin məşhur tarixi məkanlarından olan “Kapalıçarşı”da təmir işləri başlayır Tarixi məkanın ilk olaraq dam örtüyü yenilənəcək
Digər ölkələr
13 İyul , 2016 19:50
Türkiyənin məşhur tarixi məkanlarından olan “Kapalıçarşı”da təmir işləri başlayır

Bakı. 13 iyul. REPORT.AZ/ Türkiyənin məşhur tarixi məkanlarından olan “Kapalıçarşı”da təmir-bərpa işləri aparılacaq.

“Report” Türkiyə KİV-inə istinadən xəbər verir ki, bu barədə Fatih bələdiyyəsi açıqlama yayıb.

Açıqlamada bildirilib ki, tarixi “Kapalıçarşı”da təmir-bərpa işləri iyulun 15-də başlayacaq. İldə təqribən 92 milyon insanın ziyarət etdiyi 554 illik tarixi məkanın ilk olaraq dam örtüyü yenilənəcək.

Dam örtüyünün təmiri Fatih Bələdiyyəsinin maddi dəstəyi ilə olacaq.

Son xəbərlər

Orphus sistemi