Türkiyənin Hərbi Hava Qüvvələri PKK-nın 6 terrorçusunu məhv edib

Türkiyənin Hərbi Hava Qüvvələri PKK-nın 6 terrorçusunu məhv edib Zzərbə nəticəsində terrorçuların atəş mövqeləri, sığınacağı məhv edilib
Digər ölkələr
6 Aprel , 2017 05:16
Türkiyənin Hərbi Hava Qüvvələri PKK-nın 6 terrorçusunu məhv edib
Foto: "Anadolu"

Bakı. 6 aprel. REPORT.AZ/ Türkiyənin Hərbi Hava Qüvvələri Bitlis vilayətinin cənub-şərqində PKK terrorçularının obyektlərinə zərbə endirib.

"Report" xəbər verir ki, bu barədə "Anadolu" Türkiyə Hərbi Qüvvələrinin Baş Qərargahına istinadən məlumat yayıb.

Xəbərdə bildirilir ki, zərbə nəticəsində terrorçuların atəş mövqeləri, sığınacağı məhv edilib. Bununla yanaşı, 6 terrorçu məhv edilib.

Qeyd edək ki, ABŞ və Avropa İttifaqı PKK-ı terror təşkilatları siyahısına salıb. Təşkilatın üzvləri Türkiyənin dövlət strukturlarına və vətəndaşlarına hücumlar təşkil edirlər.

Türkiyənin bu vəziyyəti nizamlamaq yollarını tapmaq üçün səylərinə baxmayaraq, PKK ötən ilin iyulundan ölkəyə silahlı hücumlarını yeniləyib. Həmin vaxtdan bu günə kimi 500-ə yaxın mülki sakin və təhlükəsizlik qüvvələrinin 800 əməkdaşı terrorçular tərəfindən öldürülüb. Anti-terror əməliyyatlarının gedişində təhlükəsizlik qüvvələri tərəfindən 10 mindən çox PKK terrorçusu məhv edilib və həbs olunub.

Son xəbərlər

Orphus sistemi