Yuxarı

Türkiyənin ədliyyə naziri: "Bundestaqın qətnaməsi Almaniya və Türkiyə münasibətlərində dönüş nöqtəsi olacaq"

Əmin olun ki, Türkiyə öz yoluna davam edəcək

Bakı. 2 iyun. REPORT.AZ/ Türkiyənin ədliyyə naziri Bəkir Bozdağ Almaniya Bundestaqının 1915-ci ildə Osmanlı dövlətində baş vermiş hadisələri "erməni soyqırımı" kimi tanımasına münasibət bildirib. 

"Report"un məlumatına görə, Türkiyənin hökumət rəsmisi Almaniyanın vaxtilə yəhudilərə qarşı soyqırım törətməsini xatırladıb: "Bir vaxtlar özləri yəhudiləri sobalarda yandırıblar, amma indi türk xalqını baş verməmiş genosiddə ittiham edirlər. Sizin əvvəlcə dönüb öz tarixinizə bir də baxmağınız yaxşı olmazmı?"

Bozdağ vurğulayıb ki, qondarma erməni soyqırımı haqqında uydurmalar türk xalqının, Türkiyə dövlətinin və tarixinin ünvanına böhtandan başqa bir şey deyil. 

Onun sözlərinə görə, parlamentin qərarı bu həqiqəti böhtana çevirə bilməz.

"Əgər dünyanın bütün parlamentləri analoji qərar qəbul etsələr belə, onlar tariximizə, millətimizə, dövlətimizə ləkə vura bilməyəcəklər. Utanılası heç nəyimiz yoxdur. Tariximizdə bizi başıaşağı edəcək qara ləkələr mövcud deyil", - deyə Bəkir Bozdağ bildirib.

Onun fikrincə, Bundestaqın qətnaməsi Almaniya və Türkiyə münasibətlərində dönüş nöqtəsi olacaq. 

"Türkiyə dövləti və Türkiyə xalqı dostlarını və düşmənlərini heç vaxt unutmur. Əmin olun ki, Türkiyə öz yoluna davam edəcək. Parlamentlərin qərarları tariximizə ləkə vura bilməyəcək. Siyasi qərarlarla həqiqəti dəyişmək olmaz. Türkiyə öz yolundan dönməyəcək və məqsədlərinə yenidən baxmayacaq. Əksinə, biz irəliyə doğru hərəkəti üzüağ davam etdirəcəyik. Bu cür qərarların heç bir mənası yoxdur", - deyə Bozdağ əlavə edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi