​Türkiyənin diplomatı Almaniya XİN-ə çağırılıb

​Türkiyənin diplomatı Almaniya XİN-ə çağırılıb Görüşdə söhbət Almaniya və Türkiyə arasında ənənəvi sıx və səmimi münasibətlərini əhatə edib
Digər ölkələr
8 İyun , 2016 04:02
​Türkiyənin diplomatı Almaniya XİN-ə çağırılıb

Баку. 8 июня. REPORT.AZ/ Türkiyə Cümhuriyyətinin Almaniyanın paytaxtı Berlin şəhərindəki müvəqqəti işlər müvəkkili son günlər baş vermiş hadisələr və Bundestaqda qondarma erməni soyqırımına dair qətnamənin qəbul edilməsinə verilən reaksiya ilə bağlı danışıqlar aparmaq üçün Almaniya Xarici İşlər Nazirliyinə çağırılıb.

"Report"un məlumatına görə, “görüşdə söhbət Almaniya və Türkiyə arasında ənənəvi sıx və səmimi münasibətlərini əhatə edib. Qeyd olunub ki, alman deputatları barədə səsləndirilən son ifadələr buna uyğun deyil və anlaşılmazlıqla qarşılanıb”, - deyə Xarici İşlər Nazirliyiin nümayəndəsi bildirib.

Bir qədər əvvəl də Almaniya kansleri Angela Merkel Türkiyə tərəfinin Bundestaq deputatlarının ünvanına səsləndirdiyi şikayət və ittihamları anlamadığını deyib. O, hesab edir ki, Türkiyə Ermənistanla danışıqlara başlamalıdır.

Qeyd edək ki, Almaniya Bundestaqğının deputatlatının böyük əksəriyyəti qondarma erməni soyqırımının lehinə verib.  

Son xəbərlər

Orphus sistemi